Məhkəmənin qərarı ilə həbsdə olan iş adamı Mehmet Osman Kavala sərbəst buraxılıb. Məhkəmənin qərarı ilə həbsdə olan iş adamı Mehmet Osman Kavala sərbəst buraxılıb.

Gəzi Parkı hadisələrinə görə təqsirləndirilən 9 nəfərə bəraət verilib

Məhkəmənin qərarı ilə həbsdə olan iş adamı Mehmet Osman Kavala sərbəst buraxılıb.

İstanbul Ağır Cinayətlər Məhkəməsində Gəzi Parkı hadisələrinə görə təqsirləndirilən şəxslərin növbəti məhkəmə prosesi keçirilib.

AzNews.az APA-ya istinadən xəbər verir ki, bu gün məhkəmə iş üzrə ittiham edilən 9 nəfərə - Ayşe Mücella Yapıcı, Şerafettin Can Atalay, Tayfun Kahraman, Ali Hakan Altınay, Mehmet Osman Kavala, Yiğit Aksakoğlu, Yiğit Ali Ekmekçi, Çiğdem Mater Utku ve Mine Özerdenə bəraət verib.

Məhkəmənin qərarı ilə həbsdə olan iş adamı Mehmet Osman Kavala sərbəst buraxılıb.

Təqsirləndirilən şəxslərə dövlət çevrilişinə cəhd və digər ittihamlar irəli sürülüb.

Qeyd edək ki, 2013-cü ilin may ayında İstanbulun Gəzi Parkında inşaat işlərinin dayandırılması üçün başlayan etiraz aksiyaları ölkənin digər regionlarına yayılaraq uzun müddət davam edib. Etiraz aksiyaları zamanı aksiyaçılarla polis arasında qarşıdurma yaranıb.