"Müxalifətin bu sözləri məni çox maraqlandırmır" "Müxalifətin bu sözləri məni çox maraqlandırmır"

“Yalandan əl çəkin” - Azərbaycana səfər öncəsi Ərdoğandan sərt sözlər

"Müxalifətin bu sözləri məni çox maraqlandırmır"

“Milyonlarla insan ölkəsini tərk edir, Kemal Kılıçdaroğlu bunu düşünmür, amma bizə ağıl verməyə çalışır”.

AzNews.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən əvvəl Esenboğa hava limanında jurnalistlərin suallarını cavablandırarkən deyib.

R.T. Ərdoğan FOX TV müxbirinin “Liviyada şəhidlərimizin olduğunu bildirdiniz. Müxalifət “Şəhidlərin adları niyə açıqlanmır?”, “Niyə xüsusi tədbir təşkil olunmadı?” deyə soruşur. Sizin şəhid xəbərini verəndə istifadə etdiyiniz “Bir neçə dənə şəhid” ifadəsinə diqqət çəkirlər. Bunlara cavabınız nədir?” sualına sərt cavab verib.

“Əziz dostlar, baxın, FOX əvvəlcə qəzet olsun, ciddi media mənsubu olsun. Yalan xəbər yazmaqdan əl çəkin. Müxalifətin bu sözləri məni çox maraqlandırmır. Biz rəqəm olaraq o ifadəni işlətmiş ola bilərik. Məni müxalifət mühakimə edəcək? Müxalifət əvvəlcə özünü mühakimə etsin. Müxalifət deyir ki, gedin Bəşər Əsədlə görüşün. Bu necə müxalifətdir? Milyonlarla insan ölkəsini tərk edir, Kamal Kılıçdaroğlu bunu düşünmür, amma bizə ağıl verməyə çalışır. O ağılı sən özünə saxla, bir işə yarasın. Bizim Liviyada 2 şəhidimiz var. Bu rəqəmi açıqladım, Cənab Kamal nə edəcək bunu?”, - deyə Türkiyə Prezidenti bildirib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan bu gün Bakıda keçiriləcək Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak edəcək.

İclasda iki ölkə arasında əlaqələr, əməkdaşlığın daha da inkişafı müzakirə olunacaq, bununla yanaşı, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılacaq.

Pərvanə