Bu vəziyyətdə gələcək 4 həftə ərzində cümə namazlarının qılınmasına icazə verilməyəcək Bu vəziyyətdə gələcək 4 həftə ərzində cümə namazlarının qılınmasına icazə verilməyəcək

Türkiyədə məscidlər bu tarixdə açılacaq

Bu vəziyyətdə gələcək 4 həftə ərzində cümə namazlarının qılınmasına icazə verilməyəcək

Türkiyədə koronavirus epidemiyası səbəbindən bağlanan məscidlər iyunun 12-si açılacaq.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyənin Dəyanət İşləri naziri Əli Ərbaş açıqlama verib: “12 iyundan etibarən məscidlərimizin həyətlərində namaz qılmağa başlayacağıq”.

Bildirilib ki, bu vəziyyətdə gələcək 4 həftə ərzində cümə namazlarının qılınmasına icazə verilməyəcək.

Xatırladaq ki, Əli Ərbaş 15 martda verdiyi açıqlamada yaranmış epidemioloji vəziyyət səbəbindən məscidlərdə camaatla birlikdə qılınan cümə namazlarına fasilə verildiyini bildirmişdi.