Prezidentlər siyasi və hərbi əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər Prezidentlər siyasi və hərbi əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər

Ərdoğanla Tramp arasında telefon danışığı olub

Prezidentlər siyasi və hərbi əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

AzNews.az Türkiyə Prezidenti Administrasiyasına istinadən xəbər verir ki, söhbət zamanı ikitərəfli məsələlər, o cümlədən regional hadisələr, xüsusilə Suriya və Liviya ilə bağlı məsələlər müzakirə olunub. Liderlər regionumuzda sülh və sabitliyin bərqərar olması üçün siyasi və hərbi əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.

Tərəflər, həmçinin yeni növ koronavirusla mübarizə məsələsində də həmrəylik nümayiş etdiriblər.