Türkiyədə komendant saatı başa çatır

Tətbiq olunan qaydalara əməl olunmasa COVID-19 infeksiyasının ikinci dalğası baş verə bilər

Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı sistemli mübarizə tədbirləri çərçivəsində həyata keçirilən normallaşma planının ikinci mərhələsi sabahdan etibarən qüvvəyə minir.

AzNews.az xəbər verir ki, 4 gün əvvəl Türkiyədə tətbiq olunan növbəti komendant saatı rejimi mayın 27-də saat 00.00-da başa çatır. Bunun ardınca normallaşma planının ikinci mərhələsinin tətbiqinə başlanılır. Hökumət bəyan edib ki, normallaşma prosesi nəzarətli qaydada, sistemli şəkildə həyata keçiriləcək. Əhaliyə xəbərdarlıq olunub ki, tətbiq olunan qaydalara əməl olunmasa COVID-19 infeksiyasının ikinci dalğası baş verə bilər.

Qeyd edək ki, normallaşma prosesinin birinci mərhələsinə mayın 11-də start verilib. Ötən müddətdə nəzərdə tutulan proses normal qaydada başa çatıb. Ən son məlumata görə, ölkə daxilində dəmir yolu səfərlərinin mayın 28-dən, aviareyslərin isə iyunun 4-dən etibarən başlaması nəzərdə tutulur. İctimaiyyət aradan qaldırılan digər məhdudiyyətlərlə bağlı vaxtaşırı məlumatlandırılır.