- Türkiyə
- 28 İyun 2020 23:54
- 5 974
Türkiyədə 5,2 bal gücündə zəlzələ

Təşviş keçirən əhali küçələrə axışıb
Türkiyənin Muğla vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.
AzNews.az xəbər verir ki, episentri Marmarisdə olan yeraltı təkanlar yerli vaxtla saat 20:43-də qeydə alınıb. Zəlzələ İzmir, Bursa və digər ətraf bölgələrdə də hiss edilib.
Təşviş keçirən əhali küçələrə axışıb. Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.