- Türkiyə
- 9 Avqust 2020 23:29
- 5 420
Türkiyədə koronavirusla bağlı son vəziyyət
Ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 844 nəfərə çatıb
Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb.
AzNews.az xəbər verir ki, son sutkada 15 nəfər Covid-19-dan dünyasını dəyişib. Bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 844 nəfərə çatıb.
Son 24 saatda ölkədə 1 182 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 240 804 nəfərə çatıb.
Türkiyədə koronavirusdan sağalanların ümumi sayı 223 759-dur.