"Lotu Quli"nin qatili danışdı - VİDEO

“Mən onu, ümumiyyətlə sevmirdim"

"Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun öldürülməsi ilə əlaqədar istintaqa başlayan Antalya Polis İdarəsi qətldə ittiham olunan Xəqan Zeynalov və Əmir Əhmədlidən ifadə alıb.

AzNews.az "Hürriyet"ə istinadən xəbər verir ki, Xəqan Zeynalov ifadəsində qətl zamanı Əmir Əhmədlinin onu maşında gözlədiyini deyib.

"Onu, ümumiyyətlə sevmirdim. Birlikdə yaşayıb, birlikdə böyümüşük. Onun cangüdəni idim. İllərlə dözdüm, amma sevmirdim. Sevməyə-sevməyə bu işi görürdüm. Sevmədiyim üçün də öldürdüm", - deyə X. Zeynalov bildirib.

Pərvanə