Türkiyənin heç kimin torpağında gözü yoxdur Türkiyənin heç kimin torpağında gözü yoxdur

“Şərqi Aralıq dənizindəki problemlərin sülh yolu ilə həlli mümkündür"

Türkiyənin heç kimin torpağında gözü yoxdur

Türkiyə prezidentinin mətbuat sözcüsü İbrahim Kalın "Şərqi Aralıq dənizindəki problemləri sülh yolu ilə həll etmək mümkündür" deyib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İbrahim Kalın, “Twitter” hesabından etdiyi paylaşımda, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın həm regionda, həm də masada güclü bir aktyor kimi hüquqlarını və maraqlarını hər zaman qoruyacağını bildirib

Kalın, “Şərqi Aralıq dənizindəki problemlərin sülh yolu ilə həlli mümkündür. Pay sazişinə əsaslanan, əhatəli və rasional yanaşmalara konstruktiv qatqı təmin edəcək. Türkiyənin heç kimin torpağında gözü yoxdur. Ancaq kimsənin də hüquqlarının və qanunlarının pozulmasına icazə verməməkdə qərarlıdır”.

AzNews.az

Səidə Vahid