"Odlar yurduna salam olsun!”

Mövlud Çavuşoğlu Bakının işğaldan azad olunmasının 102-ci ildönümü ilə bağlı paylaşım edib

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Bakının işğaldan azad olunmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib.

AzNews.az-ın məlumatına görə, nazir öz “Twitter” səhifəsində şəhidlərin xatirəsini anıb.

O yazıb: “Nuru Paşanın rəhbərliyindəki Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 102-ci ildönümündə əziz şəhidlərimizi rəhmətlə anıram. Eyni ruh və inancla, can Azərbaycanla bu gün də çiyin-çiyinəyik. Odlar yurduna salam olsun!”