"Qurban bəyi naməlum istiqamətdə aparıblar" "Qurban bəyi naməlum istiqamətdə aparıblar"

Qurban Məmmədov saxlanıldı - Türkiyədə

"Qurban bəyi naməlum istiqamətdə aparıblar"

“Azərifreedom” kanalının rəhbəri Qurban Məmmədov Türkiyədə İnterpol tərəfindən saxlanılıb.

Bu haqda Qurban Məmmədovun oğlu Qoşqar Məmmədov məlumat yayıb. O bildirib ki, atası ilə dünəndən əlaqə kəsilib.

Qoşqar Məmmədov deyib ki, xüsusi təyinatlı polislərdən ibarət qrup Qurban Məmmədovu hara aparmaları barədə məlumat verməyiblər: “Yanlarında olan yaxın yoldaşımız nə qədər çalışsa da, Qurban bəyin haraya aparıldığını öyrənə bilməyib”.

Qoşqar Məmmədovun qeyd edib ki, başqa bir tərəfdən aldıqları məlumata görə, Bakıdan bir qrup adam Qurban bəyin saxlandığı yerə gedib: “Həmin adamların orada polislərlə danışıqları, hətta mübahisələri olub. Bu danışıqlardan sonra Qurban bəyi naməlum istiqamətdə aparıblar”.

Qeyd edək ki, Azərbaycanın “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi Q. Məmmədov Azərbaycan Demokrat Partiyasının üzvü olub və hazırda mühacir həyatı yaşayırdı. Onun rəhbərlik etdiyi kanal Azərbaycan iqtidarına qarşı radikal mövqeyi ilə seçilirdi. (Reyting.az)

AzNews.az