Onlar Kipr adası ətrafında meydana gələn anlaşılmazlığı müzakirə ediblər Onlar Kipr adası ətrafında meydana gələn anlaşılmazlığı müzakirə ediblər

Türkiyə və Yunanıstan XİN başçıları görüşüb

Onlar Kipr adası ətrafında meydana gələn anlaşılmazlığı müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yunanıstanlı həmkarı Nikol Dendiasla Slovakiyanın paytaxtı Bratislavada görüşüb.

AzNews.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, nazirlər Aralıq dənizinin şərqindəki vəziyyəti, Kipr adası ətrafında meydana gələn anlaşılmazlığı müzakirə ediblər.

Görüşdə nazirlərin Azərbaycan Ordusunun Qarabağda torpaqları azad etmək üçün həyata keçirdiyi əks-hücum əməliyyatı ilə əlaqədar məsələlərlə bağlı fikir mübadiləsi etdikləri də ehtimal olunur.

Qeyd edək ki, Azərbaycan Yunanıstandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.