- Türkiyə
- 30 Oktyabr 2020 16:22
- 3 835
Türkiyədə 6,6 ballıq zəlzələ oldu

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur
Türkiyədə 6,6 maqnitudalı zəlzələ baş verib.
AzNews.az "Hürriyet"ə istinadən xəbər verir ki, güclü zəlzələnin təkanları İstanbul və İzmir şəhərlərində hiss edilib.
Yeraltı təkanların episentrinin İzmir vilayətinin Səfərihisar ilçəsində qeydə alındığı bildirilib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.