Aylıq xarici ticarət kəsiri isə 34,4% artaraq 2,4 milyard dollar olub Aylıq xarici ticarət kəsiri isə 34,4% artaraq 2,4 milyard dollar olub

Türkiyənin xarici ticarət dövriyyəsinin kəsiri 76% artıb

Aylıq xarici ticarət kəsiri isə 34,4% artaraq 2,4 milyard dollar olub

Bu ilin yanvar-oktyabr aylarında Türkiyənin ixracının dəyəri 135,6 milyard ABŞ dolları, idxalının dəyəri isə 176,9 milyard ABŞ dolları təşkil edib.

AzNews.az "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumu və Ticarət Nazirliyinin birgə məlumatında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 9,1% az və 2,2% çoxdur.

Son nəticədə xarici ticarət dövriyyəsində 40,3 milyard dollarlıq kəsir yaranıb ki, bu da illik müqayisədə 76,2% çoxdur.

Təkcə oktyabr ayında isə Türkiyənin ixracının dəyəri 5,6% artaraq 17,3 milyard dollara, idxalının dəyəri isə 8,4% artaraq 19,7 milyard dollara çatıb. Aylıq xarici ticarət kəsiri isə 34,4% artaraq 2,4 milyard dollar olub.

10 ay ərzində Türkiyənin ən çox ixrac həyata keçirdiyi ölkələr Almaniya (12,9 milyard dollar), Böyük Britaniya (9 milyard dollar), ABŞ (8,2 milyard dollar), ən çox idxal həyata keçirdiyi ölkələr isə Çin (18,3 milyard dolar), Almaniya (17 milyard dollar) və Rusiya (14,15 milyard dolar) olub.

Ötən ay isə ən çox ixrac həyata keçirilən ölkələr Almaniya (1,6 milyard dollar), Böyük Britaniya (1,5 milyard dollar), İraq (966 milyon dollar), ən çox idxal həyata keçirilən ölkələr isə Almaniya (2,25 milyard dollar), Çin (1,9 milyard dollar)və Rusiya (1,3 milyard dollar) olub.