"Bu işdə bütün imkanlarımız səfərbər ediləcək" "Bu işdə bütün imkanlarımız səfərbər ediləcək"

Dövlət Baxçalı Şuşada məktəb açmaq istəyir - Prezident Əliyevə müraciət etdi

"Bu işdə bütün imkanlarımız səfərbər ediləcək"

"Keçən ilə damğa vuran, milli qəlbləri sevincə qərq edən Qarabağ zəfəri Türk millətinin son illərdə əldə etdiyi ən görkəmli, dastana dönən uğurlardan biridir. Bu çərçivədə Qarabağın əbədi Azərbaycan yurdu olduğu təsdiqlənmiş , əsarət zəncirləri qırılmışdır.
Qarabağın ürəyi sayılan Şuşanın 8 noyabr 2020-ci ildə işğaldan azad edilməsi zülmün müqavimətini qırmış, terror dövləti olan Ermənistanın alçaq xəyallarını puç etmişdir. Strateji yeri ilə yanaşı Şuşa həm də türk mədəniyyətinin və tarixinin simvoludur"

AzNews.az xəbər verir ki, bunları Türkiyə Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı rəsmi "Twitter" səhifəsində yazıb.

"Azərbaycanın sənət və düşüncə həyatının qaynaqlarından biri olan Şuşanın inkişafı və burada yaşayan türk uşaqlarının gələcəyi hamımızın mənəvi öhdəliyidir. Xüsusən bu qədim şəhərin təlim-təhsil həyatına dəstək vermək borcumuzdur", - deyə partiya sədri vurğulayıb.

D. Baxçalı bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin icazəsi olarsa, hədəfimiz "Ülkü Ocakları" təhsil və mədəniyyət vəqfi tərəfindən Şuşada 9 dərslik bir ibtidai məktəbin tikilməsidir.

"Bu işdə bütün imkanlarımız səfərbər ediləcək və lazım gələn hər şey ediləcəkdir", - o deyib.

Dövlət Baxçalı əlavə edib ki, Azərbaycan marşı 30 yanvar 1920-ci ildə qəbul edilib. Sözləri mərhum Əhməd Cavada, musiqisi Şuşada doğulan Üzeyir Hacıbəyova aiddir. Tikilməsini istədiyimiz məktəb Üzeyir Hacıbəyov adına ola bilər. Məktəbin təməli isə 30 yanvar 2021-ci ildə qoyula bilər.

"Təlim-təhsil bir millətin gələcəyidir. Onun varlığı nəsillərin şüurla böyüyüb əxlaqlı olmasını təmin edəcək. Mədəniyyətlərin beşiyi doğru fikirdir. Hər doğru fikir onu daşıyacaq beyinə və qəlbə sahib olanlarla birlikdədir".

MHP sədri sonda vurğulayıb ki, Şuşanın ehtiyacı olan təlim və təhsilə dəstək vermək bizim borcumuzdur:

"Fərabi deyir ki, düşünmək ruhun özü ilə danışmasıdır. O ruh ki, Türkün ruhudur. O düşüncə ki, Türk müstəqilliyinin memarıdır. "Çox yaşa, Şuşa, çox yaşa Qarabağ, çox yaşasın Türkiyə-Azərbaycan qardaşlığı".