- Türkiyə
- 22 Yanvar 2021 21:58
- 9 642
Koronavirusu bir dəqiqədə məhv edən dərman hazırlandı

Dərman ilkin mərhələsində xəstəliyin qarşısını almaq üçün nəzərdə tutulub
Türkiyədə koronavirusu bir dəqiqədə yox edən dərman hazırlanıb.
AzNews.az “Haber Global”a istinadla xəbər verir ki, Bursanın Uludağ Universitetinin həkimləri tərəfindən hazırlanan dərman vasitəsi sprey formasındadır.
Məlum olub ki, hazırlanan sprey bakteriya və virusların çoxalmasının və yayılmasının qarşısını alır.
Bildirilir ki, dərman ilkin mərhələsində xəstəliyin qarşısını almaq üçün nəzərdə tutulub.