Dünən 103 keçmiş admiral Türkiyə milli təhlükəsizliyi və maraqlarını hədəfə alan bəyanat yayıb Dünən 103 keçmiş admiral Türkiyə milli təhlükəsizliyi və maraqlarını hədəfə alan bəyanat yayıb

“Gecə yarısı verilən bu bəyanat...” - Tansu Çillərdən “qiyamçı” admirallara

Dünən 103 keçmiş admiral Türkiyə milli təhlükəsizliyi və maraqlarını hədəfə alan bəyanat yayıb

Türkiyənin keçmiş baş naziri Tansu Çillər hərbi çevirilişə çağırış edən keçmiş admiralların bəyanatına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, o, ölkəsinin milli təhlükəsizliyini təhdid edən qüvvələrin çirkin niyyətlərinin baş tutmayacağını deyib.

Çillər açıqlamasında 1977-ci il 28 fevral, 2007-ci il 27 fevral və 2016-cı il 15 iyul tarixlərində hərbi çevriliş cəhdlərini və üzləşdiyi uğursuzluqları xatırladıb:

“Artıq qiyam çağırışları millətin sinəsinə dəyib parçalanır. Millətimizin iradəsinə dayaq tapmış demokratiyamız Türkiyə Cümhuriyyətinin gələcəyi və varlığı üçün imtinaedilməzdir. Milli iradə və demokratiyamızı hədəfə alan, gecə yarısı verilən qiyam bəyanatları məzarda dəfn edilməyə məhkumdur. Millətimizin və gəncliyimizin gələcəyin dəki yeganə yol, milli iradəyə dayaq tapmış, bəşəri dəyərlərlə gücləndirilmiş demokratiyamızdır”.

Qeyd edək ki, dünən 103 keçmiş admiral Türkiyə milli təhlükəsizliyi və maraqlarını hədəfə alan bəyanat yayıb. Bəyanatda qiyamağa çağırış edilib. Türkiyə Baş Prokurorluğu bəyanatın yayılmasından sonra cinayət işi açıb, admirallar saxlanılıb.