Ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, əməliyyatı polis və jandarm həyata keçirib Ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, əməliyyatı polis və jandarm həyata keçirib

Türkiyədə 6 terrorçu zərərsizləşdirilib

Ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, əməliyyatı polis və jandarm həyata keçirib

Aznews.az xəbər verir ki, Türkiyənin güc strukturlarının keçirdiyi birgə əməliyyat nəticəsində bir neçə terrorçu zərərsizləşdirilib.

Türkiyə mətbuatının verdiyi xəbərə görə, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Nazir tvitterdəki hesabında əməliyyatın Mardin əyalətində keçirildiyini xəbər verib. O, 6 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb. Süleyman Soylu qeyd edib ki, birgə əməliyyat jandarm, polis tərəfindən keçirilib