21 yaşlı tələbəni zorlayıb, öldürüb, doğradı - FOTO

Akdeniz Universitetinin tələbəsindən 5 gündür ailəsi xəbərsiz olub

5 gündür itkin düşən jurnalistika fakültəsinin tələbəsi 21 yaşlı Azra Gülendam Haytaoğlunun cəsədi Antalyada tapılıb.

Dəhşətli bir cinayətin qurbanı olan gənc qızın parçalanmış cəsədi çamadanın içində meşədə basdırılıb.

Xəbərdə deyilir ki, Akdeniz Universitetinin tələbəsindən 5 gündür ailəsi xəbərsiz olub. Ailəsi sosial mediada onun barəsində çağırış da edib. İstintaq tədbirləri ilə müəyyən olunub ki, qız evində təcavüz etdikdən sonra boğub öldürülüb. Bu şəxs isə daşınmaz əmlak agenti Mustafa Murad Ayxan adlı şəxsdir. Onu hamam otağında beş hissəyə bölüb və çamadanla meşədə basdırıb. 48 yaşlı şəxs həbs olunub. (milli.az)