- Türkiyə
- 4 Avqust 2021 23:44
- 6 181
Türkiyədə yanğın Kemerköy İstilik Elektrik Stansiyasına yaxınlaşır
İES-in ətrafında xəndəklər qazılıb, işçilər və yaxınlıqdakı yaşayış yerlərindəki əhali təxliyə olunub
Türkiyədə davam edən yanğın Milas rayonunundakı Kemerköy İstilik Elektrik Stansiyasının (İES) ərazisinə daxil olub.
Aznews.az xəbər verir ki, bu barədə CNN-Türk məlumat yayıb.
Qeyd olunub ki, güclü külək yanğının genişlənməsinə səbəb olub, alovlar Kemerköy İES-in ərazisinə keçib.
Yanğının İES-də partlayışa səbəb olmaması üçün öncədən təhlükəsizlik tədbirləri görülüb. İES-in ətrafında xəndəklər qazılıb, işçilər və yaxınlıqdakı yaşayış yerlərindəki əhali təxliyə olunub.
Qeyd edək ki, 3 qurğudan ibarət 630 MW gücdə olan Kemerköy İES-in
gündəlik yanacaq tələbatı 21 600 tondur.