İtkin düşən yüzə yaxın vətəndaşın axtarışı davam etdirilir İtkin düşən yüzə yaxın vətəndaşın axtarışı davam etdirilir

Türkiyədə sel fəlakətində 31 nəfər ölüb

İtkin düşən yüzə yaxın vətəndaşın axtarışı davam etdirilir

Türkiyənin Qaradəniz bölgəsində baş vermiş sel fəlakəti nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

Aznews.az xəbər verir ki, ölkənin Kastamonu vilayətində 29, Sinopda isə 2 nəfərin cəsədi tapılıb. Daha on nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara yerləşdiriliblər. İtkin düşən yüzə yaxın vətəndaşın axtarışı davam etdirilir.

Hidrometeoroloqlar bölgədə yağıntılı hava şəraitinin daha bir neçə gün davam edəcəyini proqnozlaşdırırlar.

Xatırladaq ki, bu ərazilər təbii fəlakət bölgəsi elan edilib.