“Bir millət, iki dövlət” ifadəsi bizim üçün nəğmə deyil, həm də əməldə..." “Bir millət, iki dövlət” ifadəsi bizim üçün nəğmə deyil, həm də əməldə..."

Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin iclası keçiriləcək

“Bir millət, iki dövlət” ifadəsi bizim üçün nəğmə deyil, həm də əməldə..."

"İyunun sonunda Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin iclası keçiriləcək. Biz həmin toplantıda iştirak etməyi düşünürük".

Aznews.az xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın yeri bizim üçün tam ayrıdır: “Bir millət, iki dövlət” ifadəsi bizim üçün nəğmə deyil, həm də əməldə fəaliyyətlərimizi və əlaqələrimizi formalaşdıran amildir. Məhz bu anlayışla bir ay ərzində Sahibə Qafarova ilə üç görüş keçirdik. İkitərəfli görüşümüzdə həm gördüyümüz işləri, qarşıdakı fəaliyyət planımızı, Azərbaycan-Türkiyə-Pakistan və Azərbaycan-Türkiyə-Gürcüstan parlament sədrlərinin üçtərəfli görüş mexanizmlərini müzakirə etdik. Hər zaman olduğu kimi, bu görüşdə də iki qardaş ölkə münasibətləri baxımından faydalı görüş oldu".