Türkiyə XİN məlumat yayıb Türkiyə XİN məlumat yayıb

Türkiyə ilə İsveç arasında siyasi məsləhətləşmələr keçiriləcək

Türkiyə XİN məlumat yayıb

Sabah Ankarada Türkiyə və İsveç arasında siyasi məsləhətləşmələr keçiriləcək.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Məsləhətləşmələr Türkiyə xarici işlər nazirinin müavini və Avropa İttifaqı ilə əlaqələr üzrə direktor səfir Faruk Kaymakcı və İsveç Xarici İşlər Nazirliyinin Dövlət katibi səfir Robert Ridberq arasında olacaq.

Qeyd olunub ki, siyasi məsləhətləşmələr çərçivəsində Türkiyə ilə İsveç arasında ikitərəfli münasibətlərin hərtərəfli müzakirə ediləcəyi, Türkiyə-Avropa İttifaqı münasibətlərinin diqqət mərkəzində saxlanılacağı, aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacağı nəzərdə tutulur.