MİT Fatma Onuru zərərsizləşdirdi

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) İraqın şimalında yerləşən Sincar bölgəsində əməliyyat keçirib.

AzNews.az xəbər verir ki, keçirilən əməliyyatda terror təşkilatı PKK-nın kəşfiyyat koordinatoru adlandırılan "Kinda Maraş" kod adlı Fatma Onur zərərsizləşdirilib.

Fatma Onur 1990-cı illərdə İngiltərədən terror təşkilatına qoşulub.

O, xüsusilə İraqın Süleymaniyyə bölgəsi və çöllərində təhlükəsizlik qüvvələrinə qarşı çoxsaylı təxribatlara görə Milli Kəşfiyyat Təşkilatının hədəf siyahısında idi.

Pərvanə