Ankara və İstanbulda əlverişsiz havaya görə dərslərə fasilə verilib

Türkiyənin paytaxtı Ankarada və İstanbul şəhərində əlverişsiz havaya görə dərslərə fasilə verilib.

Aznews.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu şəhərlərin valiləri elan ediblər.

Bildirilib ki, fevralın 6-da adı çəkilən şəhərlərin təhsil ocaqlarında dərslər keçirilməyəcək.