Ölkə liderlərindən prezident Ərdoğana "geçmiş olsun" zəngi

Kahramanmaraşda baş verən iki ayrı zəlzələ ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, Pakistanın Baş Naziri Şahbaz Şərif və Özbəkistan Prezidenti Şevket Mirziyoyev, prezident Ərdoğana telefonla zəng edərək, zəlzələdə həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyib.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyə Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən məlumatda qeyd olunub.

Türkiyə ilə həmrəy olduqlarını bildirən liderlər türk xalqına “geçmiş olsun” diləklərini çatdırıblar.

Mövsüm