Türkiyədə məktəblər bir həftə müddətinə dayandırılıb

Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Türkiyə Milli Təhsil Naziri Mahmut Özer "Bütün Türkiyədə fevralın 13-nə qədər məktəblərimizi bir həftəlik tətil edirik" dedi.

Aznews.az xəbər verir ki, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, saat 04:17-də Kahramanmaraşın Pazarcık rayonunda 7,7; Saat 13.24-də Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələlərlə bağlı açıqlama verən AFAD Zəlzələ və Riskin Azaldılması baş direktoru Prof. Dr. Orxan Tatar ölənlərin sayının 1121-ə yüksəldiyini açıqlayıb.

“Müəllimlərimizdən həlak olanlar var”

Nazir Özer, "Birinci zəlzələdə məktəblərə heç bir ziyan dəymədi, amma ikinci zəlzələdən sonra məktəblərimizədə ziyan dəydi. Məktəblərimizin ehtiyaclarını qarşılamaq üçün 10 əyalətə büdcə göndərdik. Bütün bürokratlarımız araşdırmalar aparır. Evdə həyatını itirən müəllimlərimiz var”.

Mövsüm