- Türkiyə
- 16 Aprel 14:35
- 2 113
Dövlət Baxçalı: İran-İsrail gərginliyi teatrdır
"İran-İsrail gərginliyi diqqəti Qəzzadan yayındırmaq üçün planlaşdırılmış bir teatrdır".
Bu barədə Türkiyə MHP sədri Dövlət Baxçalı partiyasının qrup toplantısında açıqlama verib.
Baxçalının açıqlamalarından diqqət çəkən məqamlar belədir:
Şübhəsiz ki, suverenlik qeyd-şərtsiz millətə məxsusdur; Millət nə istəsə, necə qərar versə, bizim hörmətimiz, sədaqətimiz dolğun və şübhəsizdir.
Ümumi və yerli seçkilərin xarakteri bir-birindən fərqlidir. Bu ikisini qarışdırmaq çox böyük səhvdir.
İran-İsrail gərginliyi diqqəti Qəzzadan yayındırmaq üçün planlaşdırılan bir teatrdır.
Kiyev və Moskva İstanbulda əl sıxmalıdırlar; 3-cü Dünya Müharibəsi ssenarisini dövriyyəyə buraxan və nüvə müharibəsindən danışan tiranların hiyləsinin qarşısı alınmalıdır. Yeni dünya müharibəsi qətldir.
Mövsüm
Aznews.az