Almaniya prezidenti Ştaynmayer İstanbuldadır

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Türkiyəyə üç günlük səfərinin ilk dayanacağı olaraq İstanbula gəlib.

Ştaynmayer və onu müşayiət edən nümayəndə heyətini daşıyan təyyarə saat 11.58-də İstanbul hava limanına enib.

Almaniya prezidentini İstanbul hava limanında İstanbul valisi Davud Gül, Almaniyanın Ankaradakı səfiri Yurgen Şulz, Türkiyənin Berlin səfiri Əhməd Başar Şen və digər rəsmi şəxslər qarşılayıblar.

Ştaynmayer iki ölkə arasında diplomatik əlaqələrin başlanmasının 100-cü ildönümü münasibətilə Türkiyəyə ilk səfəri zamanı İstanbul, Qaziantep və Ankaraya səfər edəcək.

Mövsüm

Aznews.az