Türkiyədə dəmir yolu tikintisində çökmə baş verib: ölənlər var

Türkiyənin cənubundakı Kayseri vilayətində yüksək sürətli dəmir yolunun tikintisi zamanı çökmə baş verib.

Bu barədə bölgənin qubernatoru Gökmen Çiçək məlumat verib.

Onun sözlərinə görə, hadisə tikilməkdə olan magistralın tunelində işləyərkən baş verib.

“Beş işçimiz xilas edildi. Təəssüflər olsun ki, bir vətəndaşımız başından aldığı zərbədən dünyasını dəyişib. Daha bir nəfər isə yaralanıb”, - deyə yerli “Haber7” kanalı onun sözlərini sitat gətirir .

Mövsüm

Aznews.az