- Türkiyə
- 14:14
- 1 065
Ərdoğan: Türkiyə Rusiya-Ukrayna arasında barışıq prosesində konstruktiv mövqeyini qoruyacaq
“Daha əvvəl İstanbulda mühüm rol oynadığımız kimi, bu gün də eyni konstruktiv mövqeyi qorumağa hazırıq”.
Aznews.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G-20 Liderlər Zirvə Toplantısının ardından Yohannesburqdan qayıdarkən mətbuatın suallarını cavablandırarkən səsləndirib.
Ərdoğan, Türkiyənin prosesə müsbət təsir göstərdiyini bildirib:
"Biz inanırıq ki, razılaşdırılmış məsələlər və müsbət gündəm üzərində başlayan danışıqlar yolu ilə barışığın mümkün olacağına inanırıq. Əgər hər kəs üçün qənaətbəxş bir təməl qurularsa, qalıcı həllin qapısı açılacaq. Sülh tərəfdarları üçün son yollar açılacaq. Prosesə müsbət təsir edən Türkiyə olaraq daha əvvəl İstanbulda əhəmiyyətli rol oynadığımız kimi, bu gün də eyni konstruktiv mövqeyi qorumağa hazırıq”- deyə Ərdoğan qeyd edib.