- Türkiyə
- 14:48
- 1 492
Yunanıstanın Krit adasında 5,9 bal gücündə zəlzələ baş verib
Türkiyə və ətraf bölgələrdə son zamanlar zəlzələlər daha tez-tez baş verir.
Aralıq dənizində daha bir zəlzələ qeydə alınıb.
Fövqəladə Halların İdarə Edilməsi İdarəsinin məlumatına görə, saat 06:18-də episentri Yunanıstanın Krit adasında 5,9 bal gücündə zəlzələ baş verib.
Muğlanın Datça rayonundan 209 kilometr aralıda baş verən zəlzələnin ocağı 7 kilometr dərinlikdə qeydə alınıb.
İlkin məlumatlara görə, zəlzələ Türkiyə sahillərində heç bir ziyana səbəb olmayıb.
Mövsüm,
AzNews.az