- Türkiyə
- 11:44
- 1 879
“Beren xoşbəxt deyil” - Kenan Doğulu
Türkiyəli müğənni Kenan Doğulu qatıldığı bir proqramda şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Aznews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türk pop musiqisinin sevilən simalarından olan Doğulu həm həyat yoldaşı, aktrisa Beren Saatin son dövrlərdəki psixoloji vəziyyəti, həm də Los-Ancelesdəki evlərində baş verən yanğından sonra yaşadıqları böyük itkilər barədə ilk dəfə danışıb.
O bildirib ki, Beren Saat həssas xarakterə malik insandır və son zamanlar çox çətin dövrdən keçir.
“Beren çox dərin hiss edən, zərif insandır. Bu aralar o qədər bədbəxt, kefsiz və sevincsizdir ki, sanki bütün dünyanın yükü onun üzərindədir, hər şeyi çox dərindən hiss edir”, - müğənni deyib.
Doğulu təxminən bir il yarım əvvəl ABŞ-nin Los Angeles şəhərində baş verən meşə yanğınından da danışıb və bunun həyatlarında ciddi dönüş nöqtəsi olduğunu bildirib. Yanğın nəticəsində evlərinin böyük zərər gördüyünü, maddi və mənəvi itkilər yaşadıqlarını qeyd edib.
Şəxsi studiyasının, albomlarının və mənəvi dəyəri yüksək olan imzalı gitaralarının məhv olduğunu, evlərini satmaq qərarı aldıqlarını deyən sənətçi bu hadisədən sonra mülkiyyətə baxışının dəyişdiyini vurğulayıb.
“Milyonlarla əşyam yox oldu. Satıb çıxmağa çalışıram, başqa yerdən ev almaq istəyirəm. Bu böyük travmadır, amma orada olmadığımız üçün xoşbəxtik, həll olunmayacaq bir şey deyil”.
Kenan Doğulu bütün bu çətinliklərə baxmayaraq, ən böyük təsəllilərinin can itkisi olmadığını vurğulayıb.
Qeyd edək ki, Kenan Doğulu və Beren Saat 2014-cü ilin yayında evləniblər./“Qafqazinfo”




