Ağdam rayon sakini, 71 yaşlı Rakif Bayramov 16 yaşlı nəvəsi Tural Bayramovu yaşadığı evdə boğaraq amansızlıqla qətlə yetirdyini etiraf edib. Ağdam rayon sakini, 71 yaşlı Rakif Bayramov 16 yaşlı nəvəsi Tural Bayramovu yaşadığı evdə boğaraq amansızlıqla qətlə yetirdyini etiraf edib.

Nəvəsinin cinsiyyət orqanını kəsən baba cinayəti necə törədib?- Video

Ağdam rayon sakini, 71 yaşlı Rakif Bayramov 16 yaşlı nəvəsi Tural Bayramovu yaşadığı evdə boğaraq amansızlıqla qətlə yetirdyini etiraf edib.

AzNews.az xəbər verir ki, istintaqa ifadə verən Rakif Bayramov hadisədən bir neçə gün əvvəl Rəsulzadə qəsəbəsində yaşayan qızının evinə gəldiyini, yeniyetmə nəvəsi Tural Bayramovu evə gec gəlməsinə və anasının sözünə baxmamasına görə danladığını söyləyib. Nəsihətə qulaq asmayan nəvəsi onu söyəndə Rakif Bayramov qəddarlıq edib:

"Bir anlıq özümü itirdim. Mənə yumruq atmaq istəyəndə qolunu tutdum. Yumruqla gicgahından vurdum. Nəvəmi boğmağa başladım. Daha sonra mətbəxt bıçağını gətirib cinsiyyət orqanını kəsdim", - deyə baba söyləyib.

Hadisəni törədəndən sonra nəvəsinin meyitini parçaya bükərək çarpayının altında gizlədən baba yaşadığı Ağdam rayonunun Çəmənli kəndinə gedib. Meyit isə bir neçə gün orada qalıb. Yeniyetmə Tural Bayramovun anası və bacısı isə onu evə gəlmədiyi üçün axtarmağa başlayıblar. Yenidən Bakıya qayıdan Rafiq Bayramov isə evdə özünü heç nədən xəbərsiz kimi aparıb. Sonra isə nəvəsinin meyitini maşınına mindirərək Ağdamda basdırmağa aparıb.

Rakif Bayramovun istintaq prosesi başa çatıb. O, 15 il azadlıqdan məhrum edilib.