“Türkiyə heç kimə hesabat verməyəcək” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya qoşun yeritdiyi üçün Türkiyənin heç kimə hesabat verməyəcəyini deyib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Ərdoğan əməliyyatların Astanada razılaşdırıldığını bildirib.

“Astana danışıqları çərçivəsində Rusiya, Türkiyə və İran üçtərəfli olaraq bir qərar qəbul etdilər. Beləliklə, bir gecə gözlənilmədən gələ bilərik dedik və bu gecə silahlı qüvvələrimiz Azad Suriya Ordusu ilə İdlibdə əməliyyatlara başladılar. İdlibdə hazırda Hələbdən qaçqın düşənlər, qovulanlar, yaşama haqqı əlindən alınanlar var. Onların əksəriyyəti indi İdlibdədir. İdlib bizimlə sərhəddir. Ona görə də tədbir görmək lazımdır. Heç kim bizə niyə belə edirsiniz deyə bilməz”

Bəxtiyar Abbasov

AzNews.az