Putin Rusiyanın yeni silahını göstərdi: “Bundan heç kəsdə yoxdur!” - Video

Rusiya prezidenti Vladimir Putin ölkəsinin yeni silahının görüntülərini nümayiş etdirib.

AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o, Rusiyanın silahlarını inkişaf etdirmək üçün sürətli bir addım atdığını və yeni silahın - Sarmat raket sisteminin sınaqdan keçirildiyini bildirib.

Bundan başqa, Putin Rusiyada su altında olan insansız nəqliyyat vasitələrinin inkişaf etdirildiyini və onların sualtı qayıqdan daha sürətli olduğunu açıqlayıb.

"Bu, sadəcə, fantastikadır", deyə Putin bildirib.

Onun sözlərinə görə, "heç bir ölkənin Rusiyanın silahı kimi silahları yoxdur".