Fransanın Treb şəhərindəki supermarketdə insanların girov götürülməsi nəticəsində 3 nəfər ölüb. Fransanın Treb şəhərindəki supermarketdə insanların girov götürülməsi nəticəsində 3 nəfər ölüb.

Fransada terror - 3 nəfər öldü (Video + Yenilənib 3)

Fransanın Treb şəhərindəki supermarketdə insanların girov götürülməsi nəticəsində 3 nəfər ölüb.

AzNews.az xəbər verir ki, bu barədə Fransanın hüquq-mühafizə orqanları məlumat yayıb.

***

17:19

Fransanın cənubunda yerləşən Treb şəhərindəki supermarketdə girov götürüən şəxslər azad olunub.

AzNews.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Polislər isə hələ də hadisə yerindədir.

***

16:30

Fransanın Treb şəhərindəki supermarketdə insanların girov götürülməsi nəticəsində ən azı iki nəfər ölüb.

AzNews.az xəbər verir ki, bu barədə şəhərin meri BFM telekanalında deyib. Onun sözlərinə görə, daha iki nəfər yaralanıb. Yerli poisin məlumatna görə, insanlar supermarketin sınmış pəncərələrinin şüşəsi ilə yerdə uzadıqları zaman yaralanıblar. Prokurorluğun məlumatına görə hadisə terror hücumudur.

***

15:49

Fransanın cənubunda naməlum şəxs supermarketdə insanları girov götürüb.

AzNews.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb. Hadisə Od departamentində baş verib. Girovların dəqiq sayı hələ də məlum deyil. Əməliyyat sahəsi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qorunur. Supermarketdə işləyən qəssab öldürülüb. Bəzi mənbələr iki nəfərin öldüyünü bildirir. Hadisənin İŞİD terror qruplaşması tərəfindən törədildiyi ehtimal olunur.

Baş nazir Eduard Filipp Treb şəhərində "ciddi bir vəziyyət" olduğunu qeyd edib. Hazırda Daxili İşlər naziri Jerar Kolon hadisə yerinədir.