Səudiyyə Ərəbistanının paytaxtında dövlət çevrilişinə cəhd olub. Səudiyyə Ərəbistanının paytaxtında dövlət çevrilişinə cəhd olub.

Səudiyyə Ərəbistanında atışma - Kral təxliyyə edildi + Video

Səudiyyə Ərəbistanının paytaxtında dövlət çevrilişinə cəhd olub.

AzNews.az xəbr verir ki, Ər-Riyadda Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül Əziz əl-Saudun iqamətgahı ərazisində atəş səsləri və partlayışlar qeydə alınıb. Bu haqda "Twitter" ə istinadən "Jerusalem Post" yazır. Kral Salman ibn Əbdül Əziz əl-Saud evakuasiya edilib.

"Jerusalem Post" sosial şəbəkələrdə baş verən hadisələrin foto və videolarını dərc etdirdiyini iddia edir. Atışmanın təşəbbüskar bir dövlət çevrilişi səbəbiylə meydana gəldiyi barədə məlumatlar var. Kralın evakuasiya edildiyi bildirilir.

Nəşr hələ bu məlumatların həqiqiliyini təsdiq edə bilməyəcəyini qeyd edir. Bildirilir ki, kral Salman ibn Əbdül Əziz əs-Səud vaxtında paytaxtda yerləşən hərbi bazanın bunkerinə təxliyyə edilib.