Şagirdi müəllim yox, anası döyübmüş - Yalanı üzə çıxdı + Video

Bir neçə gün öncə müəllimi tərəfindən döyüldüyü iddia olunan 189-190 saylı orta məktəbin birinci sinif şagirdi ilə bağlı bəzi detallar üzə çıxıb.

AzNews.az xəbər verir ki, həmin şagird müəllimi deyil, anası Xanım Əliyeva tərəfindən döyülüb. ATV telekanalının aparıcısı Zaur Baxşəliyev “Bizimləsən” verilişində məsələni müzakirə edərkən hadisə ilə bağlı video yayımlayıb.

Döyülən şagirdin anası

Həmin görüntüdə şagirdin valideyni Xanım Əliyevanın onun başını partaya vurduğu, sonra isə ona dəhliz boyu işgəncə verdiyi aydın görünür.

Qeyd edək ki, bir neçə gün öncə Bakıdakı 189-190 saylı orta məktəbdə birinci sinif şagirdinin döyülməsi ilə bağlı məlumatlar yayılıb. Uşağın valideyini Xanım Əliyeva onun müəllimi tərəfindən döyüldüyünü iddia edib.

Həmin videogörüntünü təqdim edirik:

Bahar RÜSTƏMLİ

AzNews.az