Bakıda "maşın şousu"- Video

Bakıda iki minik avtomobili toqquşub.

Trend xəbər verir ki, hadisə paytaxtın Babək prospektində baş verib. Avtomobillərdən biri axşamüstü dönmə hərəkəti edərkən qaydanı pozub və əsas yola girərək prospektlə hərəkət edən başqa bir minik avtomobili ilə toqquşub.

Toqquşma zamanı düz yolla hərəkətdə olan avtomobil səkinin bardürünə dəyib və təxminən 10 metrə yaxın tullanaraq torpaq əraziyə düşüb.

Həmin qəzanın videogörüntüsünü təqdim edirik.



AzNews.az