Görüşün Qətərdə keçirildiyi deyilir Görüşün Qətərdə keçirildiyi deyilir
  • Qərb
  • 15 Oktyabr 2018 18:11
  •  1 201

“Taliban” hərəkatı ABŞ rəsmisi ilə görüşdüyünü açıqladı

Görüşün Qətərdə keçirildiyi deyilir

“Taliban” hərəkatı ilə ABŞ arasında görüş keçirilib.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı TOLOnews telekanalı yayıb.

Məlumata görə, görüşün Qətərdə keçirildiyi deyilir.

“Taliban” hərəkatının Qətər üzrə nümayəndəsi Abbas Stanikzayla ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadə arasında keçirilən görüşdə xarici qoşunların Əfqanıstan ərazisindən çıxarılması müzakirə edilib.

Qeyd edilir ki, bu, taliblərin ABŞ rəsmiləri ilə son bir neçə ay ərzində 2-ci görüşüdür.

© AzNews.az