“Belçika Səudiyyə Ərəbistanına silah ixracatını dayandırmaqla bağlı qərar qəbul etməlidir”. “Belçika Səudiyyə Ərəbistanına silah ixracatını dayandırmaqla bağlı qərar qəbul etməlidir”.
  • Qərb
  • 23 Oktyabr 2018 16:01
  •  1 575

Belçika da Səudiyyəyə silah satışını dayandırır - Almaniyadan sonra

“Belçika Səudiyyə Ərəbistanına silah ixracatını dayandırmaqla bağlı qərar qəbul etməlidir”.

AzNews.az beynəlxalq mətbuata istinadən bildirir ki, bunu ölkənin Baş nazirinin müavini Aleksandr De Kro flamand dilində yayım həyata keçirən “VRT” radiosuna açıqlamasında deyib.

O, Belçikanın da Almaniyanı özünə örnək götürməsi gərəkdiyini vurğulayıb.

Qeyd edək ki, Almaniya Səudiyyə Ərəbistanına silah ixracatını qadağan etmişdi.

Əvvəlki il Belçikanın təkcə Valloniya bölgəsindən Səudiyyə Ərəbistanına 153 milyon avroluq silah satılıb.

Nurlan AĞA
AzNews.az