- Qərb
- 3 Noyabr 2018 10:30
- 4 000
Bu ölkənin prezidenti də Trampın yolu ilə getdi - Səfirlik Yerusalimə köçürülür

Binyamin Netanyahu Braziliya prezidentinin bu qərarını "tarixi və ən doğru atılmış addım" hesab edib.
Braziliyanın yeni prezidenti Jair Bolsonaru İsrailin Tel-Aviv şəhərində səfirliyin Yerusalim şəhərinə köçürüləcəyi anonsunu verib.
AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda o, özünün Twitter səhifəsində yazıb.
Elə həmin sosial şəbəkədə İsrailin baş naziri Binyamin Netanyahu Braziliya prezidentinin bu qərarını "tarixi və ən doğru atılmış addım" hesab edib.
Mənbə bildirir ki, Bolsonaru hələ seçki kampaniyası zamanı səfirliyin Tel-Avivdən Yerusalim şəhərinə köçürəcəyini seçiciləri qarşısında demişdi.
Qeyd edək ki, Braziliya ABŞ və Qvatemaladan sonra səfirliyini Yerusalim şəhərinə köçürən 3-cü ölkə kimi tarixə düşüb.
Çexiya və Avstraliya da bu addımı atacağını deyib. Paraqvay da səfirliyin köçürüləcəyini desə də sonradan bu fikrindən daşınıb.
BMT-nin Baş Assambleyası isə qəbul etdiyi qətnamədə Yerusalimi İsrailin paytaxtı kimi tanımayıb.
Babək Göyüş
AzNews.az