- Qərb
- 4 Noyabr 2018 14:56
- 2 382
Baltik dənizində gəmi batdı

Baltik dənizində Polşaya məxsus gəmi batıb.
Bu barədə Polşanın Dənizdə Axtarış və Xilasetmə Xidmətinin nümayəndəsi Rafal Qoyetsk bildirib.
Göyərtədə olan 19 nəfərin hamısı xilas edilib. Yalnız bir nəfər xəstəxanaya yerləşdirib, onun həyatına heç bir təhlükə yoxdur.
Hadisənin səbəbi bəlli deyil. Qeyd edək ki, “Nalim” gəmisi kommersiya reyslərini yerinə yetirir.(oxu.az)
AzNews.az