• Qərb
  • 13 Noyabr 2018 11:34
  •  571

Sloveniya hərbçiləri nədən şikayət edirlər?

Sloveniya hərbi qulluqçuları uniformadan narazıdırlar.

NATO-nun Norveçdə keçirilən təlimlərində iştirak edən Sloveniya hərbi qulluqçuları uniformadan narazıdırlar.

Təlimlərdə Sloveniya hərbçilərinə komandanlıq edən podpolkovnik Uroş Trinko bildirib ki, onun tabeliyində olan bir çoxları "Norveçin soyuğundan və rütubətindən qorumayan" geyimlərdən, xüsusilə çəkmələrdən şikayət ediblər.

Sloveniyanın müdafiə naziri hərbçilərin şikayətinin ətraflı araşdırılacağını deyib.

Qeyd edək ki, sloveniyalı hərbi qulluqçuların təlimlərdə geyindiyi çəkmələrin bir cütünün qiyməti 80 avrodur.

Təlimlərin səhra hissəsinin keçirildiyi Folldalda havanın temperaturu +7 dərəcədən -23 dərəcəyə qədər dəyişir.

Xatırladaq ki, sentyabrda Norveçdəki təlimlərdə Niderland hərbi qulluqçuları soyuqdan əziyyət çəkmişdilər. Belə ki, formaların tədarükçüsü qış geyimini vaxtında çatdıra bilməmişdi. Niderland Müdafiə Nazirliyinin dövlət katibi Barbara Visser bəyan etmişdi ki, hər bir hərbçi uniformaya görə min avro təzminat alacaq.

NATO-nun "Trident Juncture 2018" ("Vahid üçbaşlı əsa - 2018") strateji təlimi oktyabr-noyabr aylarında Norveçdə keçirilir. Təlimlərdə 31 ölkədən - həm alyansa daxil olan, həm də İsveç, Finlandiya kimi tərəfdaş dövlətlərdən 40 mindən çox hərbçi iştirak edir. Bu, "soyuq müharibə"dən sonra NATO-nun şimal cinahında keçirilən ən irimiqyaslı manevrlərdir.(trend.az)

© AzNews.az