Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Xalid bin Salmanın Qaşıqçı ilə telefon danışığını da kəşfiyyatçılar araşdırırlar. Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Xalid bin Salmanın Qaşıqçı ilə telefon danışığını da kəşfiyyatçılar araşdırırlar.
  • Qərb
  • 17 Noyabr 2018 09:47
  •  2 170

Qaşıqçının ölüm əmrini vəliəhd şahzadə verib - Washington Post-dan şok iddia

Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Xalid bin Salmanın Qaşıqçı ilə telefon danışığını da kəşfiyyatçılar araşdırırlar.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) jurnalist Camal Qaşıqçının öldürülməsi əmrini Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın verdiyi qənaətinə gəlib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı Washington Post nəşri yayıb.

Nəşr "MKİ şahzadə bin Salmanın Qaşıqçının sui-qəsd əmrini verdiyi qənaətinə gəlib" başlıqlı yazı dərc edib.

Rəsmilər bu informasiyanın etibarlı mənbədən alındığını deyirlər və bildirirlər ki, bu iddia bu günə qədər Məhəmməd bin Salmanı cinayətlə əlaqələndirən ən dəqiq məlumatdır. Bu da Tramp rəhbərliyinin Bin Salmanla münasibətlərini qorumaq səylərini çətinə salacaq.

Vəliəhd Məhəmmədin qardaşı, Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Xalid bin Salmanın Qaşıqçı ilə telefon danışığını da kəşfiyyatçılar araşdırırlar.

İddialara görə, Xalid bin Salman Qaşıqçıya İstanbuldakı Baş konsulluğa gedib sənədlərini almasının təhlükəsiz olacağını deyib.

Rəsmi şəxslər Xalidin cinayətdən xəbərdar olub-olmadığını bilmədiklərini də açıqlayırlar.

Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyinin sözçüsü Fatimah Baeshen Xalidin Qaşıqçı ilə konsulluğa getməsi məsələsində telefonla danışmadığını və MKİ-nin nəticələrinin "səhv" olduğunu deyib.

Xəbərdə, həmçinin ABŞ prezidenti Donald Trampın kürəkəni Jared Kushnerin Məhəmməd bin Salmanla yaxın əlaqəsinə işarə edilib.

Qəzet yazır ki, prezident Tramp MKİ və Xarici İşlər Nazirliyinin rəsmilərindən Qaşıqçının cəsədinin harada olduğunu soruşub və müsbət cavab ala bilməyib:

"Tramp yüksək səviyyəli Ağ Ev rəsmilərinə Məhəmmədin vəzifədə qalması üçün tapşırıqlar verib və bunu Səudiyyə Ərəbistanının İrana nəzarət edilməsində yardımçı olacağı ilə əsaslandırıb. Ağ Evin sahibi Qaşıqçının ölümünə görə Səudiyyə Ərəbistanı ilə mübahisə istəmədiyini bildirib".

Bu arada, ABŞ-ın yüksək səlahiyyətlisi Associated Press (AP) agentliyinə deyib ki, səudiyyəli jurnalist Camal Qaşıqçının öldürmə əmrini Vəliəhd Məhəmməd bin Salman verib.

Səudiyyə Ərəbistanının Baş Prokurorunun sözçüsü Şelan eş-Şelan dünən verdiyi açıqlamasında Qaşıqçının öldürülməsi olayında 5 nəfərin edam edilməsi tələbi ilə çıxış edib.

Babək Göyüş

AzNews.az