10 gün üçün nəzərdə tutulan bu reklam kampaniyasına daxili işlər nazirliyi 500 min avro ödəyəcək 10 gün üçün nəzərdə tutulan bu reklam kampaniyasına daxili işlər nazirliyi 500 min avro ödəyəcək
  • Qərb
  • 19 Noyabr 2018 10:06
  •  2 000

Evinizə qayıdın, mənzilinizin illik kirayə haqqını ödəyirik - Almaniyada miqrantlara təklif

10 gün üçün nəzərdə tutulan bu reklam kampaniyasına daxili işlər nazirliyi 500 min avro ödəyəcək

Berlin metrosunda miqrantlarla bağlı reklam yerləşdirilib. Almaniya rəhbərliyi təklif edir ki, dekabrın 31-dək könüllü şəkildə öz ölkələrinə qayıtmaq istəyənlərə yeni yaşayacaqları yerdə illik kirayə haqqı ödəniləcək.

AzNews.az Orta Asiya Xəbər Xidmətinə istinadən xəbər verir ki, bu haqda informasiyanı Deutsche Welle nəşri yayıb.

Berlin metrosunun stansiyalarında quraşdırılan böyük bilbordlar daxili işlər nazirliyi tərəfindən hazırlanıb.

İngilis, alman, fransız, ərəb, puştu, fars və rus dillərində hazırlanan plakatların reklamına noyabrın 13-dən start verilib. 10 gün üçün nəzərdə tutulan bu reklam kampaniyasına daxili işlər nazirliyi 500 min avro ödəyəcək.

Reklamın məqsədi isə Almaniyada qaçqın statusundan məhrum olan xarici vətəndaşların tezliklə öz ölkələrinə qaytarılmasıdır.

Hakimiyyətin hesabatına görə, bir miqrantın məcburi deportasiya edilməsinə 1500 avro, könüllü yola salınmasına isə onun tən yarısı, təxminən 700 avro xərcləmək lazım gəlir.

Babək Göyüş

AzNews.az