ÜST Avropa ölkələrində uşaq ölümləri ilə bağlı hesabat dərc edib. ÜST Avropa ölkələrində uşaq ölümləri ilə bağlı hesabat dərc edib.
  • Qərb
  • 20 Noyabr 2018 11:14
  •  2 002

Avropada 18 milyon uşaq cinsi zorakılığa məruz qalıb

ÜST Avropa ölkələrində uşaq ölümləri ilə bağlı hesabat dərc edib.

BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa ölkələrində uşaq ölümləri ilə bağlı hesabat dərc edib.

Hesabat Ümumdünya uşaqlara qarşı zorakılığın qarşısının alınması gününə həsr olunub.

ÜST-nin məlumatına görə, Avropada 18 yaşına çatmamış 190 milyon uşaq və yeniyetmə yaşayır. Onlardan 44 milyonu fiziki zorakılığa, 18 milyonu cinsi zorakılığa məruz qalıb, 55 milyonu isə psixoloji travma alıb. Özü də bütün bu halların 90%-i diqqətdən kənar qalır.

Avropa regionunda uşaq və yeniyetmələr intiharlarının sayına görə Rusiya liderdir. Sonrakı sıralarda Latviya, Belçika, Finlandiya, Moldova, Ukrayna və Qazaxıstan qərarlaşıb. Bu baxımdan ən yaxşı vəziyyət Cənubi Qafqaz regionunda, yəni Azərbaycan, Gürcüstan və Ermənistandadır.

ÜST qanunvericiliyin dəyişdirilməsini, bu cür halların müəyyən edilməsində səhiyyə işçilərinin cəlb olunmasını, valideynləri "dinc" tərbiyə metodları ilə tanış etməyi və uşaqlara özlərini necə qoruya biləcəklərini öyrətməyi tövsiyə edir.(report.az)

© AzNews.az