Ümumilikdə kitabın 3 milyon nüsxəsi çap olunub. Ümumilikdə kitabın 3 milyon nüsxəsi çap olunub.
  • Qərb
  • 22 Noyabr 2018 12:13
  •  1 244

Mişel Obamanın kitabı rekord sayda satıldı

Ümumilikdə kitabın 3 milyon nüsxəsi çap olunub.

ABŞ-ın sabiq birinci xanımı Mişel Obamanın “Təşəkkül” adlı memuarlar kitabının çap və rəqəmsal variantları Birləşmiş Ştatlarda və Kanadada ilk 7 gündə 1,4 milyon nüsxə satılıb.

“Crown Publishing Group” nəşriyyat evinin məlumatına görə, artıq birinci satış günündə memuarların 725 min nüsxəsi alınıb. Ümumilikdə isə Şimali Amerikada “Təşəkkül” kitabının 3 milyon nüsxəsi çap olunub.

ABŞ-ın sabiq prezidenti Barak Obamanın həyat yoldaşının memuarları Böyük Britaniya, Almaniya, Fransa, Niderland, İspaniya, Danimarka və Finlandiyada da yaşlı auditoriya üçün qeyri-bədii ədəbiyyat reytinqində ilk yerləri tutur.

Associated Press agentliyinin məlumatına əsasən, “Təşəkkül” kitabının satış tempi digər birinci xanımların əvvəllər dərc olunan memuarlarına nisbətən xeyli yuxarıdır. Məsələn, Hillari Klintonun 2003-cü ildə dərc edilən “Həyatımın tarixi” kitabı debüt həftəsində cəmi 600 min nüsxə satılmışdı.

Qeyd edək ki, ixtisasca hüquqşünas olan 54 yaşlı Mişel Obama həyat yoldaşı demokrat Barak Obamanın ABŞ Prezidenti postunu tutduğu 2009-2017-ci illərdə birinci xanım olub. Cütlük 1992-ci ildə ailə həyatı qurub. Onların 2 övladı var.(AZƏRTAC)

© AzNews.az