Kolmar Milad bayramı bazarı dekabrın 25-dək davam edəcək. Kolmar Milad bayramı bazarı dekabrın 25-dək davam edəcək.
  • Qərb
  • 24 Noyabr 2018 08:58
  •  1 414

Şəkililər Fransaya Milad bayramına getdi

Kolmar Milad bayramı bazarı dekabrın 25-dək davam edəcək.

Heydər Əliyev Fondunun təşkilatçılığı, ölkəmizin Fransadakı səfirliyinin və Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun dəstəyi ilə Şəki şəhəri Fransanın Kolmar ənənəvi Milad bayramı bazarında öz pavilyonu ilə təmsil olunur.

Kolmar şəhərinin meri Jilber Meyer Milad bayramı bazarının açılış mərasimində çıxışı zamanı Şəki şəhəri ilə imzalanan dostluq və əməkdaşlıq xartiyasının xatırladıb. Şəki nümayəndə heyətinin səfərini və bayram bazarında iştirakını yüksək qiymətləndirib.

Açılış mərasimindən sonra mer Jilber Meyer və Yuxarı Ren prefektinin Kolmar şəhəri üzrə müavini Kristof Marksın rəhbərliyi altında şəhər meriyasının və Şəki şəhərinin nümayəndə heyətinin üzvləri Milad bayramı münasibəti ilə şəhərin müxtəlif məkanlarında təşkil olunmuş bayram bazarlarını, eləcə də Şəki pavilyonunu ziyarət ediblər.

Şəki Milad pavilyonunda şəhər sənətkarlarının hazırladıqları əl işləri, suvenirlər nümayiş olunur.

Milad bayramı bazarının açılışında Fransadakı səfirliyimizin ikinci katibi Vüqar Əliyev da iştirak edib.

Kolmar Milad bayramı bazarı dekabrın 25-dək davam edəcək.

Xatırladaq ki, iki şəhər arasında 2015-ci il mayın 20-də Şəkidə, həmin ilin noyabrın 20-də isə Kolmarda dostluq və əməkdaşlıq xartiyası imzalanıb. (AZƏRTAC)